Получи случайную криптовалюту за регистрацию!

Oxu.Az

Логотип телеграм канала @oxuaze — Oxu.Az O
Логотип телеграм канала @oxuaze — Oxu.Az
Адрес канала: @oxuaze
Категории: Новости и СМИ
Язык: Русский
Количество подписчиков: 32.58K
Описание канала:

“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir.
https://www.instagram.com/oxuaz/
https://www.facebook.com/oxu.azz?mibextid=LQQJ4d
https://twitter.com/oxuaz

Рейтинги и Отзывы

4.33

3 отзыва

Оценить канал oxuaze и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

2

4 звезд

0

3 звезд

1

2 звезд

0

1 звезд

0


Последние сообщения 9

2023-05-11 11:38:09
Bakıda yol çöküb: İki gündür uzun tıxac yaranır.

ƏTRAFLI LİNKDƏ: https://oxu.az/society/728271

@oxuaze
1.2K viewsedited  08:38
Открыть/Комментировать
2023-05-11 11:11:29
 Şəhidimiz Novruzəlizadə Orxanın fotosu.

@oxuaze
1.8K views08:11
Открыть/Комментировать
2023-05-11 11:10:21 Rəsmi Bakı: Ermənistan sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb.

Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz şəhid olub.

Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür.

Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

@oxuaze
1.7K views08:10
Открыть/Комментировать
2023-05-11 10:49:41
ŞƏHİDİMİZ VAR MN: Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Azərbaycan Ordusunun bölmələri tərəfindən…
2.0K viewsedited  07:49
Открыть/Комментировать
2023-05-11 10:26:25 ŞƏHİDİMİZ VAR

MN: Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

@oxuaze
2.2K viewsedited  07:26
Открыть/Комментировать
2023-05-11 10:14:52
Zakir Həsənov bu gün Türkiyəyə səfərə gedir. O, qardaş ölkənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək.

İki nazir Konya şəhərində yerləşən “Anadolu qartalı” Tədris Mərkəzində “Anadolu Qartalı-2023” təlimlərini izləyəcək.

@oxuaze
2.2K views07:14
Открыть/Комментировать
2023-05-11 10:09:41
2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

Bu gün saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı başlayıb. 15 may saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.

Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

@oxuaze
2.2K viewsedited  07:09
Открыть/Комментировать
2023-05-11 09:43:19
Ermənistan MN: "Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalarda üç erməni əsgər yaralanıb". @oxuaze
2.2K views06:43
Открыть/Комментировать
2023-05-11 09:38:04 SON DƏQİQƏ Azərbaycan MN: Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə…
2.2K views06:38
Открыть/Комментировать
2023-05-11 09:35:20 SON DƏQİQƏ

MN: Ermənistan Zod istiqamətində canlı qüvvə və döyüş texnikası cəmləşdirir

"Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

@oxuaze
2.2K viewsedited  06:35
Открыть/Комментировать