Получи случайную криптовалюту за регистрацию!

Oxu.Az

Логотип телеграм канала @oxuaze — Oxu.Az O
Логотип телеграм канала @oxuaze — Oxu.Az
Адрес канала: @oxuaze
Категории: Новости и СМИ
Язык: Русский
Количество подписчиков: 32.58K
Описание канала:

“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir.
https://www.instagram.com/oxuaz/
https://www.facebook.com/oxu.azz?mibextid=LQQJ4d
https://twitter.com/oxuaz

Рейтинги и Отзывы

4.33

3 отзыва

Оценить канал oxuaze и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

2

4 звезд

0

3 звезд

1

2 звезд

0

1 звезд

0


Последние сообщения 10

2023-05-11 09:24:21
Blinken Şarl Mişellə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ukraynaya dəstək, Cənubi Qafqazda sülhün bərqərar olması və bizim dərin Transatlantik tərəfdaşlığımızla bağlı müzakirələr aparmaq xoş oldu”.

@oxuaze
2.2K views06:24
Открыть/Комментировать
2023-05-11 08:58:38 Azərbaycan MN erməni tərəfinin məlumatını TƏKZİB ETDİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır".

@oxuaze
2.4K viewsedited  05:58
Открыть/Комментировать
2023-05-11 08:46:00
KİV: Paşinyan Əliyevlə görüşün Makronsuz keçirilməsinə razılaşıb

Əgər tərəflər Vaşinqtonda irəliləyiş əldə etməsəydilər, bazar günü (14 may) Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin görüşü planlaşdırılmazdı.

Ermənistan KİV-in xəbərinə görə, bu barədə Avropa İttifaqının yüksəkrütbəli məmurlarından biri məlumat verib.

İrəvan birinci görüşün (mayın 14-də - red.) Fransa Prezidenti Emmanuel Makron olmadan keçirilməsinə razılaşıb. Lakin təxminən iki həftədən sonra (iyunun 1-də - red.) müzakirələr Fransa prezidenti və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə davam etdiriləcək.

Tərəflər Brüsseldə üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

@oxuaze
2.4K viewsedited  05:46
Открыть/Комментировать
2023-05-11 08:38:22
Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Hər iki qarşılaşma eyni gündə keçiriləcək.

UEFA Avropa Liqası

Yarımfinal, ilk oyunlar

11 may

23:00. “Yuventus” (İtaliya) - “Sevilya” (İspaniya)

Baş hakim: Daniel Zibert (Almaniya)

Turin, “Yuventus” stadionu

23:00. “Roma” (İtaliya) - “Bayer” (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

Roma, Olimpiya Stadionu

@oxuaze
2.3K views05:38
Открыть/Комментировать
2023-05-11 08:08:01 Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir.

Bu barədə “Caliber” məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə kamikadze pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edir. İndiyədək 5 güclü partlayışın qeydə alındığı bildirilir. Daha genişmiqyaslı zərbələrin olacağı gözlənilir. İlkin məlumatlara əsasən, söhbət İran istehsalı olan zərbə dronlarından gedir.

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, mayın 10-da Ermənistan ordusu Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb. Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti eyni istiqamətdə daha da gərginləşdiriblər.

Ermənistan Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

@oxuaze
2.4K views05:08
Открыть/Комментировать
2023-05-11 08:06:35 Azərbaycan MN:

"Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür".

@oxuaze
2.3K viewsedited  05:06
Открыть/Комментировать
2023-05-11 08:05:36 Ermənistan MN: "Azərbaycan-Ermənistan sərhədində davam edən toqquşmalarda üç erməni əsgər yaralanıb".

@oxuaze
2.3K views05:05
Открыть/Комментировать
2023-05-11 07:38:45 Azərbaycan MN:

"Ermənistan vəziyyəti daha da gərginləşdirir.

Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür".

@oxuaze
2.4K views04:38
Открыть/Комментировать
2023-05-11 05:59:10 SON DƏQİQƏ

Azərbaycan MN:

Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.

Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə  xəbərdarlıq edilməsinə baxmayaraq, növbəti dəfə atəşkəsi pozub.

Təxribat törədilən istiqamətdə  Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.

Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

@oxuaze
2.8K views02:59
Открыть/Комментировать
2023-05-04 01:48:19
“Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatların enerji təchizatı marşrutlarının şaxələndirilməsində bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəklədiyini bildirən dövlətimizin başçısı qeyd edib:

“Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi”.

@oxuaze
8 viewsedited  22:48
Открыть/Комментировать