Получи случайную криптовалюту за регистрацию!

Oxu.Az

Логотип телеграм канала @oxuaze — Oxu.Az O
Логотип телеграм канала @oxuaze — Oxu.Az
Адрес канала: @oxuaze
Категории: Новости и СМИ
Язык: Русский
Количество подписчиков: 32.39K
Описание канала:

“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir.
https://www.instagram.com/oxuaz/
https://www.facebook.com/oxu.azz?mibextid=LQQJ4d
https://twitter.com/oxuaz

Рейтинги и Отзывы

4.33

3 отзыва

Оценить канал oxuaze и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

2

4 звезд

0

3 звезд

1

2 звезд

0

1 звезд

0


Последние сообщения 2

2023-07-24 16:57:21
Prezident yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada könüllü iştirakını təsdiqləyib.

DAHA ƏTRAFLI

@oxuaze
1.5K views13:57
Открыть/Комментировать
2023-07-24 16:49:16
“Qarabağ”dan ayrılan Qara Qarayev karyerasını “Neftçi”də davam etdirəcək.

Paytaxt klubu da bununla bağlı paylaşım edib.

“Ağ-qaralar”ın “Facebook” hesabından paylaşdığı videoda məşhur bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin işlənmiş musiqisi fonunda “Neftçi”nin yarandığı 1937-ci il əks olunub.

Klubun qısa zamanda keçidi bəyan edəcəyi gözlənilir.

@oxuaze
2.9K viewsedited  13:49
Открыть/Комментировать
2023-07-24 16:38:39
FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsində müstəntiqin verdiyi vəsatətlərə baxılıb.

Məhkəmə vəsatətləri təmin edib və onların hər biri barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib. Onlara Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Saxlanılanlardan “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev Bakı Mühəndislik Universitetinin müəllimidir.

@oxuaze
1.7K views13:38
Открыть/Комментировать
2023-07-24 16:26:08 Məhkəmə Qubad İbadoğlu barəsində qərar verdi - YENİLƏNİB
https://oxu.az/society/756819
1.7K views13:26
Открыть/Комментировать
2023-07-24 16:12:30 İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib:

“Dəniz ticarət limanımızın yükaşırma qabiliyyətini 25 milyon tona çatdırırıq”.

“Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq”.

“Bir kəmər, bir yol” təşəbbüsü dostluğa əlavə təkan və töhfə verəcək”.

“Müharibə zamanı Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar”.

“Biz Fransa hökumətinin çox əsassız hücumları ilə üzləşirik”.

“Biz Çinin ərazi bütövlüyünü, Vahid Çin siyasətini dəstəkləyirik”.

“Zəngəzur dəhlizi boyunca istehsal sahələri yaratmağı planlaşdırırıq”.

“Fransa hələ də insan hüquqları haqqında danışır? Bu, siyasi riyakarlıqdır”.

“Mövqeyimiz sülh müqaviləsinin beynəlxalq hüququn prinsiplərinə əsaslanmasından ibarətdir”.

“Biz göstərdik ki, qalib gələ bilərik”.

“Bakı böyük idman tədbirləri üçün beynəlxalq məkana çevrilib”.

@oxuaze
1.8K viewsedited  13:12
Открыть/Комментировать
2023-07-24 15:54:01
Fərrux Mahmudov “Neftçi” PFK-nun prezidenti (baş icraçı direktoru) təyin edilib.

@oxuaze
1.7K views12:54
Открыть/Комментировать
2023-07-24 15:48:23
Elmi təşkilatlarda magistratura yaradılmayacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər. Bu siyahıdan elmi təşkilat çıxarılıb.

Müvafiq olaraq qanunun digər maddələrinə də analoji dəyişiklik edilib. İndiyə qədər elmi təşkilat magistr təhsil proqramı əsasında təhsil prosesini həyata keçirən və məzunlara magistratura səviyyəsində təhsil haqqında dövlət sənədi verən qurum olub. Magistratura səviyyəsi üzrə təhsil fəaliyyətini həyata keçirən ali təhsil müəssisələri üçün müəyyən edilmiş müddəalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata şamil edilir. Dəyişikliyə əsasən, bu müddəalar ləğv edilir.

Qanun 2023-cü il sentyabrın 1-dən qüvvəyə minir.

@oxuaze
1.8K viewsedited  12:48
Открыть/Комментировать
2023-07-24 15:30:53 Prezident İlham Əliyevin “China Media Group”a müsahibəsi - VİDEO

@oxuaze
1.8K views12:30
Открыть/Комментировать
2023-07-24 15:22:14
İyulun 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə üçtərəfli danışıqlar aparacaq.

Bu barədə Rusiya XİN-i xəbər yayıb.

Məlumata görə, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada keçiriləcək görüşdə Dağlıq Qarabağ ətrafında gərginliyin azaldılması yollarını təhlil edəcəklər.


@oxuaze
1.9K viewsedited  12:22
Открыть/Комментировать
2023-07-24 15:07:30 Konfrans Liqası: “Neftçi” “Beşiktaş”, “Sabah” “Partizan”la qarşılaşa bilər - YENİLƏNİR
https://oxu.az/sport/756596
1.9K views12:07
Открыть/Комментировать