Получи случайную криптовалюту за регистрацию!

Bəyyinə

Логотип телеграм канала @beyyinetv — Bəyyinə B
Логотип телеграм канала @beyyinetv — Bəyyinə
Адрес канала: @beyyinetv
Категории: Религия
Язык: Русский
Страна: Не известно
Количество подписчиков: 1.34K
Описание канала:

Bəyyinə'nin Rəsmi Telegram Kanalı
Digər sosial hesablarımız:
⚡️ youtube.com/@beyyinetv
⚡️ instagram.com/beyyinetv
⚡️ facebook.com/beyyinetv
⚡️ t.me/beyyinetv
⚡️ tiktok.com/@beyyinetv
Email: salam@beyyine.az

Рейтинги и Отзывы

2.50

2 отзыва

Оценить канал beyyinetv и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

0

4 звезд

1

3 звезд

0

2 звезд

0

1 звезд

1


Последние сообщения 41

2021-05-23 20:21:36
Xatırlatma: Şəvval orucunu tutaraq il boyu oruc tutmuş kimi savab qazanmaq fürsətini qaçırmayın..
209 viewsedited  17:21
Открыть/Комментировать
2021-05-22 20:03:08
İsrail - Fələstin münaqişəsinə Azərbaycanlı baxışı - Maksim Şevçenko

Azərbaycan-Etmənistan münaqişəsində daim ədalətli çıxışları ilə Azərbaycanın yanında olan məşhur jurnalist Maksim Şevçenko İsrail-Fələstin münaqişəsi barədə danışarkən azərbaycanlıların bu münaqişədə tutduğu tərəfi tənqid edib. İsrailin də eynilə Ermənistan kimi işğalçı olduğunu, Qarabağ torpaqlarını necə ermənilər işğal etmişdilərsə, eynilə Fələstin torpaqlarını da İsrail hökümətinin işğal etdiyinə vurğu edib.

Youtube linki:



Bəyyinə | t.me/beyyinetv
318 viewsedited  17:03
Открыть/Комментировать
2021-05-22 17:57:27 1. David N. Cicilline: A+
2. Steve Cohen: F-
3. Susan Davis: B-
4. Theodore E. Deutch: A
5. Eliot Engel Lance: A+
6. Lois Frankel: B
7. Josh Gottheimer: A+
8. David Kustoff: D-
9. Mike Levin: B+
10. Andy Levin: A+
11. Alan S. Lowenthal: A
12. Nita M. Lowey: B+
13. Elaine G. Luria: C-
14. Jerrold Nadler: A-
15. Dean Phillips: C+
16. Jamie Raskin: A
17. Max Rose: B+
18. Janice D. Schakowsky: A+
19. Adam B. Schiff: A+
20. Kim Schrier: C+
21. Brad Sherman: A+
22. Bradley Scott Schneider: A
23. Elissa Slotkin: B-
24. Susan Wild: C
25. Debbie Wasserman Schultz: B
26. John A. Yarmuth: C+
27. Lee Zeldin: D-

Ermənilərin özlərinin verdikləri qiymətə görə 12 yəhudi konqresmen Raşida'dan daha çox erməni maraqları ilə məşğul olublar və erməni maraqlarına xidmət ediblər. Daha üç yəhudi konqresmen isə Raşida ilə eyni qiymət alıblar. Ümumi nəticə olaraq bunu deyə bilərik ki, erməni lobbisində erməni maraqları üçün çalışanlar arasında xeyli sayda yəhudi konqresmen var. Üstəlik gördüyümüz kimi Azərbaycana qarşı əsirləri azad etməyi tələb edən qətnamənin sponsoru da yəhudidir. Qətnamə bildiyim qədər ilə hələ qəbul olunmayıb.

Samir Firdovsioğlu
___
Bəyyinə | t.me/beyyinetv
333 views14:57
Открыть/Комментировать
2021-05-22 17:57:26 Tanış olaq, bu Əli Hacızadə, Azərbaycanda Yaxın Şərq üzrə politoloq, siyasi "ekspert"dir. Dünən səhifəsində belə bir yazı paylaşıblar və artıq indiki halı ilə 350-dən çox layk toplayıb və 80 dəfə paylaşılıb. Mən belə başa düşürəm ki, bu cür statusun paylaşılması son zamanlar fələstinlilər haqqında gedən qaralama kampaniyasının bir hissəsidir. Mənim Raşidə Tlaib haqqında yazaraq onu müdafiə etmək fikrim yoxdur, bir nəfər fələstinli qadın bütün fələstinlilərin fikrini təmsil etmir. Lakin mən Hacızadə'nin standartlarını yəhudi deputatlarına tətbiq etmək istəyirəm.

Raşida Tlaib hansı kriteriyalara görə ermənipərəst elan edilərək qara siyahıya salınır? İki kriteriya qarşıya qoyulub:

1. Erməni soyqırımını tanıması və bunun tanıması üçün səs verməsi
2. Erməni lobbisində iştirak etməsi.

Birinci kriteriyaya gəldikdə doğrudur ki, Raşida bu kriteriyaya cavab verir, eləcə də Konqresdəki 26 yəhudi konqresmen də bu kriteriyaya cavab verir, çünki Raşida ilə birlikdə belə bir soyqırımın xeyrinə səs veriblər. Bu barədə əvvəlki postumda yazmışam.
İkinci kriteriyaya gəldikdə isə bu, daha maraqlıdır. Bəli, Konqresdə "Congressional Caucus on Armenian Issues" adlı qeyri-rəsmi bir lobbi qrupu var ki, Raşida o qrupda üzvdür. Bu lobbi qrupunun məqsədi nədir. Bu barədə Amerikadakı Erməni Assambleyası bu məlumatı verir: "Konqresdəki Erməni Məsələləri Qrupu, ABŞ ilə Ermənistan arasındaki bağları gücləndirmək və Konqres üzvlərinin Ermənistan ilə bağlı mövzularda məşğul olmasını təşkil etmək üçün çalışır. Qrup, Ermənistana ticarətin və köməklərin artırılmasını, Artsax üçün öz müqəddəratını təyin etmək haqqını ve ABŞ'ın erməni soyqırımını tanımasını dəstəkləməyi müdafiə edir." Gördüyünüz kimi ciddi bir lobbi qrupudur. Bəli, Raşida bu qrupda üzvdür. Daha da maraqlısı bu qrupda yer alan yəhudi konqresmenlər və onların fəaliyyətidir. Deməli bu qrupun iki sədir vəkili var ki, onlardan biri yəhudi konqresmen, demokrat partiyasının üzvü Adam B. Schiff'dir. Qrupun digər yəhudi üzvləri bunlardır: 1) Susan Davis, 2) Alan Lowenthal, 3) Brad Sherman, 4) Ted Deutch, 5) Bradley Scott Schneider, 6) Janice D. Schakowsky, 7) Jamie Raskin, 8 ) Josh Gottheimer, 9) Eliot Engel Lance, 10) Nita M. Lowey, 11) David Cicilline, 12) Mike Levin

Deməli bu erməni lobbi qrupunun üzvləri arasında 13 yəhudi konqresmen yer alır və bir fələstinli var. Üstəlik Erməni Milli Komitəsi bütün konqresmenlərə Ermənistanın maraqlarına xidmət etmək üçün qiymət verir, yəni kim daha çox ermənistanın maraqları üçün çalışırsa onun üçün məktəbdə şagirdlərə qiymət verilərcəsinə qiymət verirlər. Raşida Tlaib üçün keçən ilin qiyməti B+ olub. Yüksək qiymətdir və bunun üçün iki səbəb göstəriblər: 1) Erməni Soyqırımını tanımaq üçün Prezidentə ünvanlanmış məktuba imza atıb, 2) Yuxarıda sözü gedən lobbi qrupunun üzvüdür. Hmm, bəs görəsən nə üçün A yox, B qiyməti veriblər. Bunun üçün isə üç səbəb göstəriblər: 1) Azərbaycana qarşı Erməni Müharibə Əsirlərini azad etməyi tələb edən qətnaməni dəstəkləməyib, 2) 2021-ci il üçün Pro-Erməni Xarici Kömək Prioritetlərinə dəstək verən məktuba imza atmayıb, 3) 2021 üçün prezidentə göndərilmiş Ermənistan-Amerikan prioritetləri məktubuna da imza atmayıb. Amerika qanunvericiliyində hansısa bir qanunu və ya qətnaməni təklif edənə, müzakirəyə çıxarana sponsor deyirlər, onunla razılaşanlara isə co-sponsor deyilir. Maraqlıdır ki, Azərbaycandan erməni əsirlərin azad edilməsini tələb edən qətnamənin yeganə sponsoru yəhudi konqresmen, erməni lobbi qrupunun sədir vəkili Adam B. Schiff'dir. Raşida bu qətnaməyə dəstək verməyib. Erməni lobbisinin Raşida Tlaib'ə verdiyi qiymətlə tanış olduq. Gəlin indi yəhudi konqresmenlərə verdikləri qiymətlə tanış olaq:
312 views14:57
Открыть/Комментировать
2021-05-22 17:54:47
277 views14:54
Открыть/Комментировать
2021-05-21 19:40:09 Allahın Nemətini Yada Salın - Bəni İsrailin Allaha İtaətdən Uzaqlaşmaları

Yusha Evans (dublaj)

Yeni video:



Bəyyinə | t.me/beyyinetv
165 views16:40
Открыть/Комментировать
2021-05-20 18:33:17 QƏLBDƏN KİNİ ÇIXARMAQ ÜÇÜN NƏ ETMƏLİ? (Nouman Ali Khan)

Yeni video:



Bəyyinə | t.me/beyyinetv
278 views15:33
Открыть/Комментировать
2021-05-19 10:58:09
İsrail dövlətinin rəsmi ərəbdilli kanalı Qəzzaya atılmış bombanın görüntüsü ilə Fil surəsini birlikdə paylaşaraq Qurani Kərimə və müsəlmanlara istehza edib.

Fil surəsində Uca Allah Kəbəyə hücum edən Əbrəhənin əbabil quşları vasitəsilə necə yerlə-yeksan olduğunu bizlərə çatdırır. İsrail isə bu surəni Qəzzada müsəlmanların, qadın və uşaqların üzərinə atdıqları bomba ilə birlikdə paylaşaraq müsəlmanlar və Quran ayələri ilə istehza edir.

Bütün bunlar İsrailin necə bir zalım, irqçi və müsəlmanlara nifrəti olan bir dövlət olduğunu gözlər önünə sərir. Çox təəssüflər olsun ki, ölkəmizdə özünü müsəlman olaraq təqdim edən minlərlə insan hələ də İsrailin bu zülmünə nəinki göz yumur, hətta dəstək verir.

Ey iman gətirənlər! Uca Allah Quranda belə buyrur:

"Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz." (Hud, 11/113)

Bəyyinə | https://t.me/beyyinetv
433 viewsedited  07:58
Открыть/Комментировать
2021-05-17 13:11:22
Dünyaca məşhur yəhudi filosofu Noam Chomsky'nin dilindən #Terroristİsrail: "Sən mənin suyumu ələ keçir, zeytun ağaclarımı yandır, evimi dağıd, işimi əlimdən al, torpağımı işğal et, atamı həbs et, anamı öldür, ölkəmi bombala, hamımızı ac burax, hamımızı təhqir et... Amma yenə də günahkar mən olum..? Niyə?! Çünki sənin bütün bu etdiklərinə bir raketlə qarşılıq verdim.." #TerroristIsrael
212 views10:11
Открыть/Комментировать
2021-05-16 19:31:36
"Onu evdən xilas etdik.."

Qəzzalı iki uşağın İsrail tərəfindən bombalanan evdən xilas etdikləri balıq..

İsrail uşaqları bombalayır, uşaqlar isə həyat qurtarır.

Bəyyinə | t.me/beyyinetv

#qüds #kudüs #quds #elaksa #ələqsa #alaqsa #kudus #filistin #gazza #qəzza #fələstin #palestine #gaza
231 views16:31
Открыть/Комментировать