Получи случайную криптовалюту за регистрацию!

Bəyyinə

Логотип телеграм канала @beyyinetv — Bəyyinə B
Логотип телеграм канала @beyyinetv — Bəyyinə
Адрес канала: @beyyinetv
Категории: Религия
Язык: Русский
Страна: Не известно
Количество подписчиков: 1.34K
Описание канала:

Bəyyinə'nin Rəsmi Telegram Kanalı
Digər sosial hesablarımız:
⚡️ youtube.com/@beyyinetv
⚡️ instagram.com/beyyinetv
⚡️ facebook.com/beyyinetv
⚡️ t.me/beyyinetv
⚡️ tiktok.com/@beyyinetv
Email: salam@beyyine.az

Рейтинги и Отзывы

2.50

2 отзыва

Оценить канал beyyinetv и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

0

4 звезд

1

3 звезд

0

2 звезд

0

1 звезд

1


Последние сообщения 40

2021-05-29 14:17:33
#TarixdəBugün

29 may, 1453 - KONSTANTİNOPOLUN FƏTHİ

1453-cü ilin bu günü, 29 may tarixində 21 yaşlı gənc Osmanlı sultanı Sultan II Mehmedin (Fateh Mehmed) komandanlıq etdiyi İslam ordusu 53 günlük uzun və ağır mühasirədən sonra Konstantinopol şəhərini ələ keçirdi. Osmanlıların bu tarixi şanlı qələbəsi 1000 ildən artıqdır hökm sürən Bizans İmperiyasının (Şərqi Roma İmperiyasının) sonu olaraq tarixə düşdü.

| Bəyyinə

Bizi Telegramdan izləyin: t.me/beyyinetv
Veb sayt: www.beyyine.az
707 viewsedited  11:17
Открыть/Комментировать
2021-05-28 16:33:20 #TarixdəBugün

28 may, 1453 - KONSTANTİNOPOLA SON HÜCUM.

1453-cü ilin bu günü, yəni 28 mayda, qərb üfüqündə günəş qürub edərkən Fateh Sultan Mehmed artıq iki aya yaxındır mühasirədə saxladıqları Konstantinopol şəhərinə sonuncu həlledici hücumu gerçəkləşdirmək üçün ordularını hazırlamağa başladı. 29 may, gecə yarısı Sultan Mehmed İslam ordusuna hücum əmrini verəcəkdi.

2 gün öncə, yəni 26 mayda Sultan Mehmed öz məşvərət şurasını toplamışdı. Baş vəzir Xəlil Paşa mühasirəni dayandırmaq barədə israr edirdi. Ancaq Zağanos Paşa Sultanı inandırdı ki, əgər bu gün hücum edilməsə, bir daha şəhəri fəth etmək üçün yaxşı bir fürsət olmayacaq.

Cavan generalların əksəriyyəti də Zağanosa dəstək oldular. Başıbozukların* rəhbəri daha güclü addımlar atılması barədə şiddətli dərəcədə tələbkar idi. Mehmed də bundan ilhamlandı və bu sözlər elə məhz onun eşitmək istədikləri idi.

27 mayda Sultan ordu sıralarında gəzərək elan etdi ki, böyük hücum tezliklə gerçəkləşəcək. Sultan əmr etdi ki, bazar ertəsi günü, yəni mayın 28-i istirahət günü olacaq və onun döyüşçüləri çərşənbə axşamı günü (mayın 29-unda) sonuncu hücuma hazır olmalıdırlar.

* Başıbozuklar - Osmanlı Dövlətində orduya qatılan könüllü əsgərlər üçün istifadə edilən bir təbir.

Ardı var..

| Bəyyinə

Telegram: t.me/beyyinetv
Veb sayt: www.beyyine.az
126 viewsedited  13:33
Открыть/Комментировать
2021-05-28 16:32:10
519 viewsedited  13:32
Открыть/Комментировать
2021-05-27 19:37:12 Allah Hər Şeydən Xeyir Çıxarandır - Hər Bir İşdə Xeyir Vardır (Nouman Ali Khan)

Yeni video:



Bəyyinə | t.me/beyyinetv
229 views16:37
Открыть/Комментировать
2021-05-27 17:13:05
Sizə açıq-aşkar dəlillər gəldikdən sonra əgər yenə haqq yoldan azsanız, bilin ki, Allah qüdrətlidir, hikmət sahibidir! (Bəqərə, 2/209)

Bəyyinə | t.me/beyyinetv
246 views14:13
Открыть/Комментировать
2021-05-25 19:58:02
Evinizdə ən çox sevdiyiniz məkan haradır?

O sevimli məkanı sizin əlinizdən zorla alsalar nə hisslər keçirərdiniz?

Bəyyinə | t.me/beyyinetv
361 views16:58
Открыть/Комментировать
2021-05-25 13:06:33
10 İYUNDAN ETİBARƏN MƏSCİDLƏR İBADƏTƏ AÇILIR

Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 10 iyundan etibarən ibadət yerlərinin açılacağını bildirib.

Allaha həmd olsun!

Bəyyinə | t.me/beyyinetv
161 views10:06
Открыть/Комментировать
2021-05-24 21:41:09
Fələstində İsrail terrorçuları tərəfindən şəhid edilən tələbələrin adları təhsil aldıqları siniflərdə oturduqları yerlərə yazılıb..
130 viewsedited  18:41
Открыть/Комментировать
2021-05-24 14:21:16
"Ən çox qorxduğum şey üsyan sayılan bir söz demək ya da səbrsiz olmaqdır. Səbr edən qul olmaq istəyirəm"

Uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan tərcümə komandamızın üzvü Gülnurə bacımız dünyasını dəyişib.

İnnə lilləhi və innə ileyhi raciun
Allahdan gəldik və ona dönəcəyik!

Allahım biz şahidik, onun şükür və səbr edən qul olmaq üçün çalışdığına. Onun günahlarını bağışla və cənnətinlə mükafatlandır.
Allah rəhmət eləsin.
668 viewsedited  11:21
Открыть/Комментировать
2021-05-23 20:26:06 ŞƏVVAL AYI İLƏ BİR ÖMÜRLÜK SAVAB

Hicri təqviminə görə Mübarək Ramazan ayı bitdikdən sonra Şəvval ayı gəlir. Şəvval ayı qəməri aylardan onuncusudur. Bu ayda oruc tutmaq qədim zamanlardan bu günümüzə qədər müsəlmanlar tərəfindən sevilən bir əməl olaraq gəlib çıxmışdır. Ramazan ayı boyunca oruc tutmağa vərdiş edən insanlar, Şəvval ayında da altı gün oruc tutmağa böyük maraq göstərmişdirlər. Əlbəttə bu maraq boş yerə deyildir. Belə ki, Peyğəmbərimiz (Allahın Ona salamı olsun) Ramazandan sonra Şəvval ayında oruc tutanın “bir il oruc tutmuş kimi” savaba nail olacağını bildirmişdir. Buna görə də, Ramazanda bir ay oruc tutanlar, Şəvval ayında altı gün oruc tutmaqla “bütün ili oruclu keçirmək” savabını əldən vermək istəməmişlərdir. Bu mövzuda aşağıdakı hədisləri xatırlada bilərik:

Allah Elçisi (Allahın ona salamı olsun) belə buyurmuşdur: “Kim Ramazan ayında oruc tutsa, sonra Şəvval ayının altı gününü də buna əlavə etsə, il boyu oruc tutmuş kimidir”. (Səhih Muslim, 1164.)

Səhabələrdən birisi belə rəvayət edir ki, Allah Elçisinin belə buyurduğunu eşitdim: “Allah hər bir yaxşı əmələ görə on qat mükafat verir, bir ay (Ramazan) on aya bərabərdir. (Ramazan) ayından sonra altı gün oruc tutmaq isə ili tamamlayır”. (İbn Xuzeymə, 2115.)

Hədislərdən onu başa düşürük ki, bir ay Ramazan orucundan sonra, Şəvval ayında da altı gün oruc tutaraq oruc sayını otuz altıya (36) çıxaran birisi bütün ili oruclu keçirmiş kimi savab qazanmaqdadır.

Alimlərimiz “bütün ili oruclu keçirmiş kimi” savab qazanmağı belə izah edirlər: "Hər il Ramazan ayının və Şəvval ayının altı günü orucunu davamlı tutan birisi, ömrü boyu oruc tutmuş kimi olar."

Bu necə olur?

Ramazan ayı boyunca oruc tutan bir insan hər tutduğu oruca görə on savab qazanmışdırsa, bunun hasili üç yüz (300) savab edər. Şəvval ayında tutduğu altı gün orucu da hər birini on savabdan hesabladığımız zaman, altmış (60) savab edər. Ramazan orucu və Şəvval ayı orucunun savablarını cəm etdiyimiz zaman isə, bu üç yüz altmış, yəni qəməri təqvimə görə bir il edər (300+60=360).

Beləliklə, hədisdə gizlənmiş sirri görmüş oluruq. O kəs, bütün ili oruclu keçirmiş kimi mənəvi biz qazanc, savab əldə edə bilər. Şəvval ayında olan orucun hikməti budur ki, Ramazan ayında fərz orucları əsnasında bizdə bəzi xətalar, qüsurlar və s. baş verir. Bu oruc, fərz namazlarına bağlı olan sünnə, nafilə namazlarına bənzəyir. Nafilə namazları – fərz namazlarındakı bəzi naqislikləri düzəldə bildiyi kimi; fərz və sünnə namazlarında etdiyimiz xətaları, nöqsanlıqları – səhv səcdəsi aradan qaldıra bildiyi kimi, Şəvval orucu da Ramazan orucundakı naqislikləri aradan qaldıra bilər.

Şəvval orucu necə tutulur?

Ramazan bayramı (namazı) Şəvval ayının birinci günündədir. Buna görə də, Şəvval ayının ilk günü oruc tutulmaz, çünki bu gün bayramdır və bayram günü oruc tutmaq icazəli deyildir, haramdır. Şəvval ayının ikinci günündən başlayaraq növbəti ay olan Zilqadə ayı daxil olana qədər altı gün oruc tutmaq olar.

Şəvval orucunu ard-arda tutmaq lazımdır?

Bu orucu ard-arda tutmaq şərt deyildir, fasilə verərək də tutmaq olar. Əsas odur ki, Şəvval ayı daxilində olsun.

Ramazan qəza orucları olanlar Şəvval orucu tuta bilər?

Bundan əlavə, Ramazan ayından qəzası olanlar varsa, ilk öncə bu qəzalar tutulmalıdır, daha yaxşı olan budur. İlk öncə borcdan, qəzalardan qurtulmağı düşünmək yerinə düşər. Ancaq kimsə, “qəzaları sonra da tuta bilərəm” – deyə düşünə bilər. Bu seçim məsələsidir. Hər iki fikir də icazəlidir.

Bəyyinə | t.me/beyyinetv
211 views17:26
Открыть/Комментировать