Получи случайную криптовалюту за регистрацию!

vergiler.az

Логотип телеграм канала @vergileraz — vergiler.az V
Логотип телеграм канала @vergileraz — vergiler.az
Адрес канала: @vergileraz
Категории: Новости и СМИ
Язык: Русский
Количество подписчиков: 1.47K
Описание канала:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsis etdiyi vergiler.az sosial-iqtisadi onlayn qəzetinin rəsmi kanalı.
- https://vergiler.az
- https://www.facebook.com/vergiler
- https://twitter.com/v

Рейтинги и Отзывы

3.00

2 отзыва

Оценить канал vergileraz и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

1

4 звезд

0

3 звезд

0

2 звезд

0

1 звезд

1


Последние сообщения 7

2021-12-23 09:56:19Vergi ödəyicisi hansı halda elektron qaimə-faktura təqdim etməyə bilər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir.
113 views06:56
Открыть/Комментировать
2021-12-22 12:51:02Əlilliyi olan şəxsin vergi öhdəliyi necə hesablanır?

Vergi Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirin məbləğinə, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir.
215 viewsedited  09:51
Открыть/Комментировать
2021-12-21 13:20:08Vergi ödəyicilərinin uçotu ilə bağlı mühüm məqamlar

Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır.
286 views10:20
Открыть/Комментировать
2021-12-17 11:40:45Podrat müqavilələri üzrə işlərdə əmək haqlarının vergi auditində əsas məqamlar

İqtisadi aktivlik və məşğulluğun təmin edilməsi baxımından tikinti sektoru milli iqtisadiyyatın strukturunda və vergi daxilolmalarında mühüm rol oynayır. Tikintidə uçotun aparılmasının özünəməxsus olması bu sektorda vergi nəzarətinin də spesifik olmasını şərtləndirir. Ötən dəfə tikinti materiallarına çəkilən xərclərin vergi uçotuna dair qaydaları izah etdik. "Good Finance" MMC-nin vergi məsləhətçisi Teymur İslamlı bu dəfə tikinti sektorunda işçilik xərclərinin uçotunu şərh edib.
157 views08:40
Открыть/Комментировать
2021-12-15 10:57:48Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri

Kriptovalyuta bir investisiya aktividir. Fiziki şəxslər tərəfindən kriptovalyutanın alınması zamanı yaranan vergi öhdəlikləri barədə “vergiler.az” saytına danışan İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə bildirib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməlidirlər.
106 views07:57
Открыть/Комментировать
2021-12-14 16:30:00Azərbaycanda rəqəmsal ödəniş sistemlərinin inkişafı aktualdır

Rəqəmsal ödənişlər ekosistemində yaranan qlobal trendlər ənənəvi və elektron ödənişləri arxada qoyur. Beynəlxalq Ödənişlər Hesabatına əsasən, bunun nəticəsində 2020-ci ildə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Bəs bu trendlər hansılardır? Ödənişlərin rəqəmsallaşması nə verir? “vergiler.az”ın bu və digər suallarını İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev cavablandırıb.
100 views13:30
Открыть/Комментировать
2021-12-14 13:11:482022-ci ildə əməkhaqqından hansı tutulmalar olacaq?

Milli Məclis gələn ilin büdcə layihəsini və paketə daxil olan digər sənədləri III oxunuşda təsdiq edib. Hüquqşünas Şəhriyar Həbilov 2022-ci ildə əməkhaqqından hansı tutulmaların olacağını açıqlayıb.
171 views10:11
Открыть/Комментировать
2021-12-13 09:57:30Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin məzuniyyəti necə hesablanır?

Əmək Məcəlləsinin 120-ci - “Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti” maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
281 views06:57
Открыть/Комментировать
2021-12-09 16:07:46Müharibə veteranı adı almış şəxslərin hansı gəlirləri vergidən azaddır?

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda, 2.400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
567 views13:07
Открыть/Комментировать
2021-12-09 09:52:19Təhtəlhesab şəxs nə vaxt aylıq limitdən artıq vəsait xərcləyə bilər?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilən “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”sının 2.6-cı bəndinə əsasən, vergi ödəyicisinin kassasından təhtəlhesab şəxslərə nağd pul (avans) 5 (beş) iş günündən çox olmayan (ezamiyyə xərcləri istisna olmaqla) müddətə verilir. Qaydaların tələbini iqtisadçı Anar Bayramov şərh edib.
589 views06:52
Открыть/Комментировать