Получи случайную криптовалюту за регистрацию!

vergiler.az

Логотип телеграм канала @vergileraz — vergiler.az V
Логотип телеграм канала @vergileraz — vergiler.az
Адрес канала: @vergileraz
Категории: Новости и СМИ
Язык: Русский
Количество подписчиков: 1.47K
Описание канала:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsis etdiyi vergiler.az sosial-iqtisadi onlayn qəzetinin rəsmi kanalı.
- https://vergiler.az
- https://www.facebook.com/vergiler
- https://twitter.com/v

Рейтинги и Отзывы

3.00

2 отзыва

Оценить канал vergileraz и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

1

4 звезд

0

3 звезд

0

2 звезд

0

1 звезд

1


Последние сообщения 6

2022-01-19 09:45:04Mədən vergisi ödəyicilərinin öhdəliyində dəyişiklik olunub

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2022-ci ilin yanvar ayından mədən vergisi yalnız dövlət büdcəsinə ödənilir və mədən vergisi ilə bağlı güzəşt tətbiq olunur. Mövzunu İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə şərh edir.
204 views06:45
Открыть/Комментировать
2022-01-18 13:26:52Fiziki şəxslərin icarədən əldə etdikləri gəlir sosial sığortaya cəlb olunurmu?

Fiziki şəxs olaraq sahibkarlıqla məşğul olan şəxsləri maraqlandıran məsələlərdən biri də əmlaklarının icarəyə verilməsi zamanı məcburi dövlət dosial sığortaya (MDSS) cəlb olunub-olunmaması və hesabatlılıqla bağlıdır. Sərbəst auditor Altay Cəfərov mövzu ilə bağlı suallara aydınlıq gətirir.
180 views10:26
Открыть/Комментировать
2022-01-17 10:27:27Ödəniş tapşırıqlarında göstərilməli olan məlumatlar

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatları ilə bağlı bir yenilik edilib. Yeniliklərin əsas məqamlarını İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə açıqlayır.
348 views07:27
Открыть/Комментировать
2022-01-11 15:25:16İxtisar edilən işçiyə kompensasiya ödənişi

İşçinin ixtisar edilməsi həm işəgötürənlər, həm də işçilər arasında müəyyən sualların və hüquqi mübahisələrin yaranmasına səbəb olur. Burada maraq doğuran məsələlərdən biri də ixtisar edilən işçiyə kompensasiya ödənişidir. Mövzunu əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.
234 views12:25
Открыть/Комментировать
2022-01-10 16:41:02Sosial sığorta haqqının aylıq məbləği necə müəyyən olunur?

2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması qərar alınıb, dövlət sektorunda çalışan işçilərin əmək haqlarının artırılmasına qərar verilib. Aylıq gəlirlərin artması sosial ödənişlərin məbləğinə də təsir edir. Bəs məcburi dövlət sosial sığorta haqlarının aylıq məbləği necə müəyyən olunur? Suala iqtisadçı ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov aydınlıq gətirib.
420 views13:41
Открыть/Комментировать
2022-01-07 11:18:31Zərərdə olan vergi ödəyicilərinin cari ödənişləri necə hesablanacaq?

Vergi Məcəlləsinin 151.5-ci maddəsinin əhatə dairəsinin gələn ildən genişləndirilməsi məsələsi gündəlikdədir. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
230 views08:18
Открыть/Комментировать
2022-01-06 15:41:42İşəgötürənlər minimum əməkhaqqı ilə bağlı hansı məqamlara diqqət yetirməlidirlər?

Ölkə başçısının sərəncamına əsasən, 1 yanvar 2022-ci ildən ölkə üzrə minimum əməkhaqqının məbləği 300 manat müəyyənləşirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyin açıqlamalarında qeyd edilib ki, əgər işəgötürənlər bu tələbə əməl etmədiyi təqdirdə onlara cərimələr tədbiq ediləcək.
341 views12:41
Открыть/Комментировать
2022-01-05 09:53:06Mənfəət vergisinin hesablanmasında nələrə diqqət etmək lazımdır?

Mənfəət vergisinin hesablanması üçün vergitutma obyekti mənfəət hesab edilir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
253 views06:53
Открыть/Комментировать
2021-12-28 09:25:26Vergi məbləğləri necə tutulur?

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi Məcəlləsinə əsasən, vergi məbləğləri 3 formada tutulur.
195 views06:25
Открыть/Комментировать
2021-12-27 16:43:34Növbəli iş rejimində bayram günlərində işləyən işçinin əməkhaqqı necə ödənilməlidir?

Növbəli iş rejimində çalışan işçi bayram günlərində işləyərsə, onun əməkhaqqının necə ödənilməsi mütəxəssislər arasında müzakirə olunan məsələlərdəndir. Sərbəst auditor Altay Cəfərovun “vergiler.az” saytına şərhi bu məsələyə həsr olunub.
187 views13:43
Открыть/Комментировать