Получи случайную криптовалюту за регистрацию!

BakuES

Логотип телеграм канала @baku_es — BakuES B
Логотип телеграм канала @baku_es — BakuES
Адрес канала: @baku_es
Категории: Новости и СМИ
Язык: Русский
Количество подписчиков: 177.06K
Описание канала:

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Рейтинги и Отзывы

3.50

2 отзыва

Оценить канал baku_es и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

0

4 звезд

1

3 звезд

1

2 звезд

0

1 звезд

0


Последние сообщения 4

2024-05-03 18:51:48 MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyi ilə müqavilə əsasında işləyən İlqar Naftəliyev bildirib ki, Müdafiə Nazirliyi üçün qol və yaxa nişanları hazırlayıb.

Hakimin sualını cavablandıran şahid deyib ki, təqsirləndirilən şəxslərdən Nizami Məmmədovu tanıyır, hətta onunla telefonla danışıb və görüşüb:

“Nazirlik tərəfindən ödənişlər gecikirdi. Mənə dedilər ki, gecikmələrlə bağlı məsələni nazirliyə dedirtdirmək lazımdır. Mən də Nizami müəllimi tapıb danışdım".

Dövlət ittihamçısının suallarını cavablandıran şahid deyib ki, onun işlərini konsaltinq şirkətinin rəhbəri olan Vüqar adlı şəxslə görüb:

“Dedilər gördüyün işin keyfiyyəti bizi qane edir, ancaq müqavilə bağlamaq üçün şirkətin olmalıdır. Ondan sonra Vüqar müəllim mənim üçün şirkət açdı. Müqavilə əsasında olan pullar bank hesabına ödənilirdi. Pulları kartdan Vüqar müəllim götürürdü”.
Şahidin ifadəsində ziddiyyətli məqamlar olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunub.
Sənədlərdə qeyd olunub ki, şirkət bir neçə il ərzində Müdafiə Nazirliyi ilə 1 milyon 31 min manatlıq müqavilə bağlayıb. Onun da 52 min manatını hissə-hissə olmaqla Müdafiə Nazirliyi Maliyyə Büdcə İdarəsinin mühasibi olan Akif Umudova çatdırıb.
Şahidin ibtidai istintaqda verdiyi ilkin ifadəsi elan olunduqdan sonra İlqar Naftəliyev danışıqları Nizami Məmmədovla yox, Akif Umudovla apardığı deyib.
Şahid ilk dəfə məhkəmədə iştirak etdiyi üçün həyəcanlı olduğunu, baş vermiş müxtəlif prosesləri düzgün danışmadığını etiraf edib: "Bağışlayın, prosesin əvvəlindən səhv danışdım. Akif Umudov məndən aldığı pulu kimə verəcəyini mənə heç vaxt deməyib. Nizami müəllimdən də üzr istəyirəm".
Prosesdə şahid qismində qazanxanaların təmiri və bərpası ilə məşğul olan şirkət rəhbəri Elnur Məmmədov dindirilib.

O bildirib ki, nazirliklə tanışı olan şirkət rəhbəri Əlövsət Orucov vasitəsi ilə işləyib:

“Əlövsətlə söhbət zamanı dedi ki, ümumi məbləğin 8-10 faizini geri qaytarmalıyıq. Faizləri Əlövsət Orucova qaytarırdım. Müqaviləni Müdafiə Nazirliyinin Mənzil İstismar Sahəsi ilə bağlayırdıq. Orada bir neçə dəfə Rəhim Laçınovu görmüşəm. Maliyyə və Büdcə İdarəsi ilə müqavilə bağlamamışıq, mənim ümumiyyətlə onlarla heç bir əlaqəm olmayıb”.

Şahidin ibtidai istintaqa verdiyi ifadədən məlum olub ki, illər ərzində faiz kimi 236 min manat onlara pul qaytarıb.

Prosesdə iş üzrə şahid olan və dindirilməyən iki mülki şəxs barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

3 nəfər hərbiçi barəsində isə Müdafiə Nazirliyinin rəhbərliyinə məktub göndərilməsi ilə bağlı qərar verilib.
Proses mayın 17-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
14.1K viewsAsim , 15:51
Открыть/Комментировать
2024-05-03 18:37:17
Xudatda məktəbli vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı.
14.1K viewsAsim , 15:37
Открыть/Комментировать
2024-05-03 17:12:06
Bununla da Paşinyan hakimiyyətdə qalarsa, Ermənistanın nə ilə üzləşəcəyini iddia edirlər.

Vərəqələrə “Nikolun yanındasansa, mən də İrəvan/Qəmərli/Ellər olacağam” yazısı olan lövhələr olub
15.3K viewsAsim , 14:12
Открыть/Комментировать
2024-05-03 17:04:41
Sərhədçilər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində “Heydər zirvəsi”nə növbəti yürüş təşkil ediblər.
15.2K viewsAsim , 14:04
Открыть/Комментировать
2024-05-03 16:32:56
Müəllimlərin sertifikasiya imtahanlarının vaxtı açıqlandı

BakuEs xəbər verir ki, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.

İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.
15.9K viewsAsim , 13:32
Открыть/Комментировать
2024-05-03 15:59:41
FHN: Bakı-Quba yolunda “Range Rover” yanıb

Siyəzən rayonunda (Quba-Bakı avtomobil yolunun 65-ci kilometrliyi) “Range Rover” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
16.4K viewsAsim , 12:59
Открыть/Комментировать
2024-05-03 15:36:26 SON DƏQİQƏ MN: Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib.

Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımız həkimlərimizin nəzarəti altındadır.
16.7K viewsBakues, 12:36
Открыть/Комментировать
2024-05-03 14:35:27 Bakıda kişi küçədə özünü yandırıb.

Hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.

Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə etməyə çalışıb.

Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

İlkin iddiaya görə, həmin şəxsin sevdiyi xanım hadisənin baş verdiyi ərazidəki binada yaşayır və kişi özünü ona görə yandırıb.
17.9K viewsBakues, 11:35
Открыть/Комментировать
2024-05-03 13:53:03
Ali Hərbi Məktəbin sabiq rəisi general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.

İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında DİN-in Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.
18.1K viewsAsim , 10:53
Открыть/Комментировать
2024-05-01 20:53:28 Sabahkı hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Mayın 2-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
13.0K viewsAsim , 17:53
Открыть/Комментировать