Получи случайную криптовалюту за регистрацию!

BakuES

Логотип телеграм канала @baku_es — BakuES B
Логотип телеграм канала @baku_es — BakuES
Адрес канала: @baku_es
Категории: Новости и СМИ
Язык: Русский
Количество подписчиков: 177.17K
Описание канала:

Operativ Xəbər kanalı
Reklam üçün əlaqə WP: 070-584-84-04
Yalnız reklam üçün yazın

Рейтинги и Отзывы

3.50

2 отзыва

Оценить канал baku_es и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

0

4 звезд

1

3 звезд

1

2 звезд

0

1 звезд

0


Последние сообщения 9

2024-04-24 16:34:37 İsrailin müdafiə naziri: "Hizbullah" komandirlərinin yarısı öldürülüb.


Nazir qeyd edib ki, komandirlərin sağ qalanları isə gizləniblər.

Onun sözlərinə görə, İsrailin şimaldakı əsas məqsədi "Hizbullah"ın gündəlik hücumları fonunda onminlərlə köçkün israillini öz evlərinə qaytarmaqdır: “Biz bunun üçün bir sıra alternativlərdən istifadə edirik. Qarşıdakı dövr bu baxımdan həlledici olacaq”.
18.5K viewsBakues, 13:34
Открыть/Комментировать
2024-04-24 15:52:34
Bakının bir sıra mərkəzi küçələrində, metro stansiyalarının ətrafında kommersiya məqsədli idman qurğularının yerləşdirilməsi və ətrafına çoxsaylı insanların toplanması cəmiyyətdə birmənalı qarşılanmır.

Bakı Metropoliteninin “28 May” stansiyasının qarşısında quraşdırılmış belə qurğulardan biri müzakirələrə səbəb olub.
Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 AZN ödəniş olunacağı söz verilir. Sosial şəbəkələrdə yazılan fikirlərə əsasən, heç kim turnikdə asılı qala bilmir. Buna səbəb kimi isə turnikin dəmir hissəsinin yağlı olması iddia edilir. Digər şəxslər isə turnikin tutacaq hissəsinin zəif sürətlə fırlandığını və bunun oradan sallanan insanı yorduğunu deyib.
18.8K viewsAsim , 12:52
Открыть/Комментировать
2024-04-24 15:37:37 Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İndiyə qədər 300-ə yaxın müraciətə baxılıb.

Komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.
16.7K viewsAsim , 12:37
Открыть/Комментировать
2024-04-24 15:35:06
Sürücülər deyir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər taksi fəaliyyətindən kənarlaşdırıldığına görə, avtomobillərin sayında azalma var. Bu da da öz növbəsində qiymətlərə təsirsiz ötüşmür.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev qiymətlə bərabər keyfiyyətin də artmasının vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı, AYNA ilə də əlaqə saxladıq.

Qurumdan “Xəzər Xəbər”ə bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.

Qiymət artımı ilə bağlı “Bolt”dan qeyd edilib ki, sistemdə sifarişlər tələb təklif əsasında formalaşır. Sürücülərə bildirmək istərdik ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırsınlar. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin sahiblərinə BOLT tərəfindən sifariş göndərilməyəcək.
17.2K viewsAsim , 12:35
Открыть/Комментировать
2024-04-24 15:31:33
Ankarada Türkiyə və Almaniya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Frank-Valter Ştaynmayer arasında görüş başlayıb.
16.2K viewsBakues, 12:31
Открыть/Комментировать
2024-04-24 15:22:16 Bayden ənənəvi müraciətində növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib.

O bildirib ki, “soyqırımın” ildönümünün qeyd olunması onun “qurbanlarının” anılması və bu “faciənin” unudulmaması üçün səbəbdir.
16.7K viewsBakues, 12:22
Открыть/Комментировать
2024-04-24 14:52:00 Türkiyə XİN: "Biz bütün tərəfləri Ermənistanla başlayan normallaşma prosesini dəstəkləməyə çağırırıq".
16.7K viewsAsim , 11:52
Открыть/Комментировать
2024-04-24 14:03:17
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb.
***
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.
1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub.
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsi də hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, 153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.
Məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb. Şagirdlər təxliyə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib.
Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
17.8K viewsPınar, 11:03
Открыть/Комментировать
2024-04-22 21:00:04
Bu nədir belə?
13.2K viewsAsim , 18:00
Открыть/Комментировать
2024-04-22 19:22:14 Dmitri Peskov: Rusiya sülhməramlıları Qarabağı tərk ediblər, çünki regionda onların daha funksiyası qalmayıb.
15.6K viewsBakues, 16:22
Открыть/Комментировать