Получи случайную криптовалюту за регистрацию!

​ƏDV tətbiq edilməklə satılmış mallara görə hesablanmış ƏDV mə | vergiler.az

ƏDV tətbiq edilməklə satılmış mallara görə hesablanmış ƏDV məbləğləri azaldılacaq

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.