Получи случайную криптовалюту за регистрацию!

Sabiq deputat Nazim Bəydəmirli saxlanılıb. Bu barədə vətəndaş | Oxu.Az

Sabiq deputat Nazim Bəydəmirli saxlanılıb.

Bu barədə vətəndaş Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar medianın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib:

“Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”.

@oxuaze