Получи случайную криптовалюту за регистрацию!

İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün qalibi müəyyənl | Oxu.Az

İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib. Sona bir tur qalmış “Mançester Siti”nin çempionluğu rəsmiləşib.

Bu,“şəhərlilər”in ən yaxın izləyicisi “Arsenal”ın 37-ci turda səfərdə “Nottinqem”ə məğlubiyyəti ilə reallaşıb. 0:1 uduzan “topçular” 81 xalda qalıb və qalan matçda 85 xalı olan “Mançester Siti”yə çatmaları mümkün deyil.

Pep Qvardiolanın komandasının isə qarşıda üç oyunu var. Qələbə Liqada yerini qorumaq uğrunda mübarizə aparan “Nottinqem”in işinə yarayıb. 37 xalı olan komanda 16-cıdır və 18-ci yerin sahibi “Lids”i 6 xal üstələyir.

@oxuaze