Получи случайную криптовалюту за регистрацию!

Şeyx Abdurrahmən İbn Həsən alu’ş-Şeyx رحمه الله Şeyxulislam İb | Qurtuluşa çatmış firqə.

Şeyx Abdurrahmən İbn Həsən alu’ş-Şeyx رحمه الله Şeyxulislam İbni Teymiyənin رحمه لله salehlərin qəbirlərini məscid halına gətirən insanlara qarşı belə dediyini rəvayət edir:

"Bu insanlar tövhid əqidəsini pozan iki zərərli əməli bir arada işləmişlərdir: Qəbirləri məscidə çevirmək və buralara saleh insanların rəsm və heykəllərini qoymaq.

Nəticədə, bu səbəbdən ötrü Rasulullah صلى الله عليه وسلم qəbirlər üzərində məscid tikməyi yasaq etmişdir. Çünki bu hal ümmətləri mütləq şəkildə böyük və ya kiçik şirkdən birinə salmaqdadır..."


Fəthu’l-Məcid alə Şərhu Kitabu’t-Tövhid, səh. 167.