2021-11-20 15:59:04
Gövhər ağa; Gövhərnisə bəyim (1790—1888) — Qarabağ xanlarından İbrahim xanın qızı, Mehdiqulu xanın isə bacısıdır.
Şəki xanı Cəfərqulu xan Xoyskinin xanımı olmuşdu..
Gövhər ağa (Gövhərnisə bəyim) 1790-cı ildə Şuşa şəhərində doğulmuşdur
Cəfərqulu xan Xoyskinin 1814-cü ildə vəfat etməsindən sonra Gövhər ağa Qarabağa qayıdır. (1826-cı il tarixli bir sənəddən məlum olur ki, həmin vaxt Gövhər ağaya mərhum Cəfərqulu xan Xoyskinin ailə üzvü kimi Rus hökuməti tərəfindən Şuşa pulu ilə 10 min manat (2 min rus rubluna bərabər idi) illik təqaüd verilirmiş.)
Gövhər ağa XIX əsrin 3-cü rübündə Şuşada məscid inşa etdirdi ki, bu indi "Aşağı Gövhər ağa məscidi" adlanır və xarabalığı hal-hazırda Şuşada durur. 1884/1885-cı illərdə isə o, Şuşada vaxtilə ata-babasının tikdirdiyi məscidi təmir və bərpa etdirdi, hansı ki, həmin məscid hal-hazırda da durur və "Yuxarı Gövhərağa məscidi" adı ilə tanınır.
1888 -ci ildə Ağdamda, Cavanşir nəslinə mənsub İmarət qəbiristanlığında dəfn edilib.
@Black1Chat
100 views12:59