Получи случайную криптовалюту за регистрацию!

Bəyyinə

Логотип телеграм канала @beyyinetv — Bəyyinə B
Логотип телеграм канала @beyyinetv — Bəyyinə
Адрес канала: @beyyinetv
Категории: Религия
Язык: Русский
Страна: Не известно
Количество подписчиков: 1.34K
Описание канала:

Bəyyinə'nin Rəsmi Telegram Kanalı
Digər sosial hesablarımız:
⚡️ youtube.com/@beyyinetv
⚡️ instagram.com/beyyinetv
⚡️ facebook.com/beyyinetv
⚡️ t.me/beyyinetv
⚡️ tiktok.com/@beyyinetv
Email: salam@beyyine.az

Рейтинги и Отзывы

2.50

2 отзыва

Оценить канал beyyinetv и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

0

4 звезд

1

3 звезд

0

2 звезд

0

1 звезд

1


Последние сообщения 11

2022-04-11 17:27:44
Dua 10: Süleyman aleyhissələmin duası. (Nəml surəsi, 19)

Ərəbcəsi:
[ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ ]

Oxunuşu:
[ Rabbi əvziani: ən əşkura niamətəkəl ləti: ənamtə aleyyə və alə və:lidəyyə və ən əamələ sa:lihə: tərda:hu və ədxilni: bi rahmətikə fi ibə:dikəs sa:lihi:n ]

Tərcüməsi:
[ “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh qullarının arasına daxil et!” ]

● instagram.com/beyyinetv
● t.me/beyyinetv

#Ramazan2022 #Ramazan #BirDua
480 views14:27
Открыть/Комментировать
2022-04-11 13:41:22
Bu il 1 milyona yaxın müsəlman həcc edə biləcək.

Səudiyyə Ərəbistanı dövlət mediasının yaydığı məlumata görə Covid-19 pandemiyası səbəbilə qoyulan məhdudlaşdırıcı tədbirlər yumşaldılır. Yumşalmalar sayəsində bu il Səud hökuməti bir milyona qədər insanın Həcc ziyarətinə qoşulmasına icazə verəcək və krallıq xaricindəki müsəlmanlar üçün ayrılacaq say limitini böyüdəcək.

Allah həcc edənlərin ibadətlərini qəbul etsin və biz müsəlmanlara da o müqəddəs torpaqları görməyi, orada ibadət etməyi nəsib etsin.
444 views10:41
Открыть/Комментировать
2022-04-10 17:11:13
Dua 9: Mağara əshabının duası. (Əshabı Kəhfin duası) (Kəhf surəsi, 10)

Ərəbcəsi:
[ رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا ]

Oxunuşu:
[ Rabbənə: ətinə: mil lədun’kə rahmətəv və həyyi lənə: min’ əmrinə: raşədə ]

Tərcüməsi:
[ “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər!” ]

● instagram.com/beyyinetv
● t.me/beyyinetv

#Ramazan2022 #Ramazan #BirDua
468 views14:11
Открыть/Комментировать
2022-04-10 14:34:52
Bismilləh.

Ramazan ayında savablarınızı artırmaq üçün fürsətləri qaçırmayın..

Ətraflı məlumat üçün: instagram.com/favaid333

Hər iki elanın bitmə tarixi:
15.04.22 saat 00:00-dəkdir.

#Ramazan2022 #sahur #iftar #yardım #favaid #fayda #xeyriyyə
426 views11:34
Открыть/Комментировать
2022-02-27 20:24:53
Hər #Merac gecəsi bizə ümmətin ilk qibləsi olan Məscidul Əqsanı xatırlatmalı, məsuliyyətlərimizi nəzərdən keçirməli və qəlbimizin qibləsini yenidən düzəltməlidir.
131 views17:24
Открыть/Комментировать
2022-02-27 13:31:28 Bu gecə #Merac gecəsidir.

Peyğəmbərimizin sallAllahu aleyhi və səlləmin ən böyük möcüzələrindən biri olan Merac Allah Rəsulunun Rəcəb ayının 27-ci gecəsində Məscidi-həramdan Məscidi Əqsaya gecə yürüyüşündən (İsra) sonra, oradan da Aləmlərin Rəbbi Allahın hüzuruna yüksəldiyi gecədir.

Allah Rəsulu sallallahu aleyhi və səlləm merac gecəsi özündən öncəki Peyğəmbərlərdən bəziləri ilə qarşılaşmış, Cənnətə və Cəhənnəmə şahid olmuş, mələkləri görmüş və Aləmlərin Rəbbi Allahın hüzuruna yüksəlmişdir.

Merac gecəsi Peyğəmbərimizə üç hədiyyə verilmişdir ki, bunlar
- Beş vaxt namaz;
- Bəqərə surəsinin son iki ayəti
- və Ümmətindən şirkə düşməyənlərə böyük günahlarının əfv edildiyi xəbəridir. (Müslim, İman, 279)

Allahın salamı, rəhməti və bərəkəti peyğəmbərimiz Muhamməd Mustafanın (sallallahu aleyhi və səlləm) üzərinə olsun. Uca Allah bu mübarək gecəni ümmətimiz üçün xeyirlərə vəsilə etsin.

"Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir! O, həqiqətən, hər şeyi eşidəndir, görəndir."

| İsra surəsi, 1
52 views10:31
Открыть/Комментировать
2022-02-27 13:31:23
52 views10:31
Открыть/Комментировать
2022-02-26 20:39:28
"Ləzzətləri məhv edən ölümü tez-tez xatırlayın."

Muhəmməd Peyğəmbər ﷺ | Tirmizi
187 views17:39
Открыть/Комментировать
2022-02-25 13:37:14
Zalım zalımdır; adının Əsəd və ya Putin olması nəyi dəyişdirər ki? Məzlum məzlumdur; adının Rəzzan və ya Nataliya olmasının nə önəmi var ki?

Allah (cc) yerüzünün bütün zalımlarını qəhrü pərişan eyləsin. Bütün məzlumların isə yar və yardımçısı olsun...

| Muhammed Emin Yıldırım
160 views10:37
Открыть/Комментировать
2022-02-20 19:11:20 18 fevral, Cümə xütbəsi
Ömər Mənsuroğlu

ONLAR DÜŞMƏNDİRLƏR, ONLARDAN QORUNUN!

İzləmə linki:



Bəyyinə - t.me/beyyinetv
109 viewsedited  16:11
Открыть/Комментировать