Получи случайную криптовалюту за регистрацию!

DİQQƏT! 8 avqust Aşura günüdür. Aşura günü Peyğəmbərimiz sall | Bəyyinə

DİQQƏT!

8 avqust Aşura günüdür. Aşura günü Peyğəmbərimiz sallallahu aleyhi və səlləm oruc tutmuşdur və hər kəsi buna təşviq etmişdir.
Peyğəmbərimiz ﷺ demişdir: "Bu orucun keçən ilin (kiçik) günahlarına kəffarə olacağını ümid edirəm." (Tirmizi, Savm: 47)

Peyğəmbərimiz ﷺ həmçinin Aşura günü orucunu bir gün əvvəlki və ya bir gün sonrakı günü də əlavə edərək tutmağı bildirmişdir. Ona görə də Aşura orucunu ya 7 (sabah) və 8 avqust ya da 8 və 9 avqust tutmaq lazımdır. Bu günləri oruclu keçirərək Peyğəmbərimizin dediklərinə əməl etmiş olarıq. Allah ibadətlərinizi qəbul etsin.

7 avqust
imsak vaxtı: 03:57
iftar vaxtı: 19:56

8 avqust
imsak vaxtı: 03:58
iftar vaxtı: 19:58

9 avqust
imsak vaxtı: 04:00
iftar vaxtı: 19:54 (vaxtlar Bakı üçündür)

Bəyyinəni sosial media platformalarından təqib etməyi unutmayın @beyyinetv

Youtube | Instagram | Facebook