Получи случайную криптовалюту за регистрацию!

PSG-nin müsəlman futbolçusu, seneqallı İdrissa Gana Gueye 'LGB | Bəyyinə

PSG-nin müsəlman futbolçusu, seneqallı İdrissa Gana Gueye "LGBT" rəngləri olan geyimdən imtina edərək oyunda iştirak etməyib.

İdrissa Gueye (33 yaş) şənbə günü komandanın liqa oyunu üçün PSG-dəki komanda yoldaşları ilə Montpelyeyə getdi, lakin oyunu tribunadan izlədi. Zədəli olmayan İdrissa Gueyenin oyunda iştirak etməməsinə klubun baş məşqçisi Mauricio Pochettino oyundan sonra mətbuat konfransında belə aydınlıq gətirib: "O, şəxsi səbəblərə görə (bugünlük) komandanı tərk etməli oldu".

Komandadan olan mənbənin verdiyi məlumata görə bu şəxsi səbəblər, "Gueyenin Homofobiya, Bifobiya və Transfobiya ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar çərşənbə axşamı qlobal tədbirlərdən əvvəl "ayrı-seçkiliyi vurğulamaq" üçün yaradılmış göy qurşağı rəngli nömrələri olan xüsusi forma geyinməkdə komanda yoldaşlarına qoşulmaqdan imtina etməsi idi.

Mənbə: The New York Times (nytimes.com)

Qeyd: Çox təəssüf ki, illərdir PSG-nin sahibi olan Qatar Sports Investments (Qətər İdman İnvestisiyaları) və onun "müsəlman" ərəb sahibləri bu məsələdə İslamın dəyərlərini və mühafizəkarlıqlarını ortaya qoya bilməyiblər.

| "Bəyyinə"ni sosial şəbəkələrdən izləməyi unutmayın. @beyyinetv

#muslim #müsəlman #xəbərlər #muselman #lgbt #gündəm #idrissagueye #psg #futbol