Получи случайную криптовалюту за регистрацию!

Dua 27: Həzrəti Asiyənin duası.* (Təhrim surəsi, 11) Ərəbcəsi | Bəyyinə

Dua 27: Həzrəti Asiyənin duası.* (Təhrim surəsi, 11)

Ərəbcəsi:
[ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ ]

Oxunuşu:
[ Rabbi ibni li: 'indəkə bəytən fil cənnəti və nəccini: minəl qavmiz za:limi:n ]

Tərcüməsi:
[ “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni zalım qövmdən xilas et!” ]

● instagram.com/beyyinetv
● t.me/beyyinetv

* Firon yoldaşı həzrəti Asiyənin Musa aleyhissələmə iman etdiyini bildikdən sonra ona işgəncələr vermiş, əllərindən və ayaqlarından bağlayaraq qızmar günəşin altında saxlamışdı. Üzərinə böyük bir qaya qatılacağı sırada Asiyə anamız bu duanı etmişdi:

“Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” (Təhrim surəsi, 11)

Allah duasını qəbul etmiş və cənnətdəki məqamını ona göstərmişdi. Daha sonra isə Asiyə anamızın ruhu heç bir ağrısız alınmış, üzərinə atılan qaya isə onun cansız bədəninə düşmüşdü.

#Ramazan2022 #Ramazan #birdua