Получи случайную криптовалюту за регистрацию!

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili f | BakuES

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək

Mayın 12-də Dövlət İmtahan Mərkəzi tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirir. Bu gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilir.

İmtahanda ümumilikdə 24987 şagird (abituriyent) iştirak edəcək.