Получи случайную криптовалюту за регистрацию!

Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi Dünən sosi | BakuES

Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, “Mixaylo” ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” xəbər verir ki, oğlunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamov tərəfindən yersiz replika atıldığı iddia edilib.

Belə ki, paylaşımlarda İ.Qulamovun Ş.Şıxəliyevanın yaxasında şəhid oğlu Mehtinin şəklini görərək “Oğlunuzun şəklini niyə yaxanıza asmısınız?! Ruhuna ağır gedər, adından istifadə etməyin!” dediyi bildirilib.

Daha sonra hətta həkimin mübahisəni davam etdirərək müayinədən imtina etdiyi də qeyd edilib.