Получи случайную криптовалюту за регистрацию!

Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisəsi q | BakuES

Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxsin müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirdiyi aşkarlanıb.

Bakues xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

“Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöhəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.