Получи случайную криптовалюту за регистрацию!

Melumat.org

Логотип телеграм канала @azgiperssilkaru — Melumat.org M
Логотип телеграм канала @azgiperssilkaru — Melumat.org
Адрес канала: @azgiperssilkaru
Категории: Новости и СМИ
Язык: Русский
Количество подписчиков: 1.02K
Описание канала:

"Məlumat" İnformasiya Agentliyinin rəsmi Teleqram kanalına xoş gəlmisiniz!
Xəbər
Təhlil
Araşdırma
Sorğu
Karikatura

Рейтинги и Отзывы

3.00

2 отзыва

Оценить канал azgiperssilkaru и оставить отзыв — могут только зарегестрированные пользователи. Все отзывы проходят модерацию.

5 звезд

1

4 звезд

0

3 звезд

0

2 звезд

0

1 звезд

1


Последние сообщения

2023-01-04 08:00:09
Azərbaycanda bu günə olan hava proqnozu (04.01.2023)

Giperssilka informasiya agentliyi xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti, bəzi yerlərdə 3°-dək şaxta olacaq.

#Azərbaycan
#Hava

https://t.me/azgiperssilkaru
11 views05:00
Открыть/Комментировать
2023-01-03 22:27:03
Putinlə Tokayev danışdı

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

"Giperssilka" informasiya agentliyi xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Yeni il münasibətilə bir-birini təbrik edərək, Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd ediblər”, - məlumatda qeyd olunub.

#Rusiya
#Qazaxıstan

https://t.me/azgiperssilkaru
97 views19:27
Открыть/Комментировать
2023-01-03 22:22:51
Çavuşoğlu ABŞ-a gedir

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu yanvarın 17-də ABŞ-a səfər edəcək.

"Giperssilka" informasiya agentliyi xəbər verir ki, bunu Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O, yanvarın 18-də ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək.

#Mövlüd_Çavuşoğlu

https://t.me/azgiperssilkaru
93 views19:22
Открыть/Комментировать
2023-01-03 22:18:32
Səudiyyə Ərəbistanında daşqınlar: Turistlər ölkədən çıxmağa çalışırlar

Səudiyyə Ərəbistanında güclü daşqınlar davam edir.

"Giperssilka" informasiya agentliyi xəbər verir ki, məlumata görə qarşısına çıxan hər şeyi yuyub aparan daşqın suları həmçinin Məkkəyə aparan yolu da yuyub aparıb. 

Ölkə iqtisadiyyatı təhlükə altındadır, maliyyə paytaxtı Ciddəni isə su basıb. Küçələrdə nəqliyyatın hərəkəti mümkün deyil, axınlar maşınları aparır. Turistlər şəhəri tərk etməyə çalışsalar da buna müvəffəq ola bilməyiblər. Belə ki, beynəlxalq hava limanında bəzi reyslər də hava şəraiti səbəbindən ləğv edilib.

Səudiyyə Ərəbistanında rekord həddə olan daşqın - leysan bir həftədən artıqdır ki, dayanmır.  

Xatırladaq ki, dekabrın sonunda Ərəbistan yarımadasında havanın temperaturu enib, dolu və qar yağıb.

#Səudiyyə_Ərəbistanı

https://t.me/azgiperssilkaru
77 views19:18
Открыть/Комментировать
2023-01-03 22:13:39
Qazaxıstanda fövqəladə vəziyyət elan edilib

Güclü külək elektrik xətlərini zədələdiyi üçün Qazaxıstanın Cambıl vilayətinin Sarısu rayonunun hakimiyyət orqanları Janatas şəhərində təbii fövqəladə vəziyyət rejimi tətbiq edib.

"Giperssilka" informasiya agentliyi xəbər verir ki, bu barədə çərşənbə axşamı Jambıl vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb.

“Sarısu rayonunun Janatas şəhərində 30 m/s-ə çatan güclü külək davam edir. Janatas-Su-Jılu şəhər kommunal müəssisəsinin ayrı-ayrı generatorlarının gücü belə şəraitdə işləmək üçün kifayət deyil. Gülək nəticəsində 20 elektrik ötürücü dirəyi yıxılıb”, - məlumatda deyilir.

Bildirilib ki, külək zəiflədikdən sonra elektrik xətlərində təmir-bərpa işlərinə başlanacaq.

Qeyd edək ki, Janatasda 21 mindən çox insan yaşayır.

#Qazaxıstan

https://t.me/azgiperssilkaru
71 views19:13
Открыть/Комментировать
2023-01-03 22:07:03
Şeyx Zəkzəki: "Müsəlmanlar Şəhid Süleymaninin məktəbini yaşatmalıdırlar"

"Giperssilka" informasiya agentliyi xəbər verir ki, Nigeriya İslami Hərəkatının lideri Şeyx Zəkzəki Qasim Süleymani haqqında deyib:

"Şəhid Süleymaninin yolunu davam etdirmək və onun məktəbini yaşatmaq hər bir müsəlman və azadlıq axtaran şəxsə vacibdir.

Müqavimət gəncləri təkəbbürlü ölkələrə qarşı olmalıdırlar, çünki xalqı xilas etmək və azadlığa qovuşmağın yeganə yolu budur".

#Qasim_Süleymani
#Şeyx_Zəkzəki
#Nigeriya

https://t.me/azgiperssilkaru
64 views19:07
Открыть/Комментировать
2023-01-03 21:55:49
Ronaldonun Səudiyyə Ərəbistanında təqdimatı baş tutub

#Ronaldo

https://t.me/azgiperssilkaru
72 views18:55
Открыть/Комментировать
2023-01-03 20:22:34
119 views17:22
Открыть/Комментировать
2023-01-03 19:59:50 Bu gün - yanvarın 3-ü Tehran müsəllasında müqavimət cəbhəsinin 2 böyük şəhidi, Şəhid General Hacı Qasim Süleymani və İraqın Həşdüş-Şəbi müqavimət hərəkatının komandirlərindən olan Şəhid Əbu Mehdi Əl-Mühəndisin, həmçinin onlarla birgə şəhid olmuş dəyərli silahdaşlarının şəhadətlərinin üçüncü ildönümü ilə bağlı izdihamlı mərasim keçirilib. Giperssilka informasiya agentliyi xəbər verir ki, mərasimdə İran İslam Cümhuriyyətinin Prezidenti Ayətullah Seyyid İbrahim Rəisi və digər dövlət rəsmiləri, İran Silahlı Qüvvələrinin komandanı General Səlami,  Qüds alayının komandanı general İsmayıl Qaani, eləcə də xarici ölkələrdən gəlmiş nümayəndə heyətləri iştirak edib.

Mərasimin əvvəlində ilk olaraq Şəhid General Hacı Qasim Süleymaninin qızı Zeynəb Süleymani çıxış edərək, mərasimdə iştirak edənləri salamlayıb, müqavimət komandirlərinin xatirələrini əziz tutduqları üçün onlara təşəkkür edib.

Daha sonra İran İslam Cümhuriyyətinin Prezidenti Ayətullah Seyyid İbrahim Rəisi mərasimdə çıxış edib:

"Şəhid Qasim Süleymaninin qisası alınacaq və bu qətidir. Düşmən bunun baş tutmaması üçün İran və xalqına qarşı siyasi, iqtisadi, psixoloji , media, mədəni, diplomatik və digər müharibələrə əl atır, lakin qəhrəman və böyük İran xalqı qəlblərin sərdarı Şəhid Hacı Qasimin yoluna və mirasına sahib çıxaraq İmam Xameneinin (h) rəhbərliyində bu mübarizədən qalib çıxacaq".

İran Prezidentinin bu açıqlamaları mərasimdə iştirak edən İran gənclərinin "Allahu Əkbər,  Xamenei Rəhbər!", "Məhv Olsun Amerika!", "Məhv olsun İngiltərə!", "Məhv olsun İsrail!" şüarları ilə müşayiət olunub.

İran prezidenti gənclərin "Rəisi, Rəisi, Allah səni qorusun!" şüarları altında çıxışını yekunlaşdırıb.

Ayətullah Seyid İbrahim Rəisinin çıxışının ardınca yeniyetmələrdən ibarət surud qrupu müqavimət sərkərdələrinə həsr olunmuş nəğmələrin ifalarına yer alıb.

Qeyd edək ki, müqavimət şəhidləri və Şəhid Hacı Qasim Süleymaninin şəhadətinin 3-cü ildönümü mərasimində 100-dən artıq ölkədən nümayəndə heyətləri və qonaqlar iştirak edir. Mərasimlər bütün İran boyu 1 həftə müddətində davam edəcək. Sabah, yanvarın 4-də isə Tehranın mərkəzi konfrans salonunda İran İslam Cümhuriyyətinin bütün dövlət rəhbərlərinin və 100-dən artıq ölkədən gəlmiş qonaqların iştirakı ilə daha geniş anım mərasimi keçiriləcəkdir. Giperssilka informasiya agentliyi olaraq bu tədbirdən məlumatları anında sizlərlə bölüşəcəyik.

Xatırladaq ki, Şəhid Hacı Qasim Süleymani, Şəhid Əbu Mehdi Əl-Mühəndis və onların vəfalı dostları 2020-ci ilin yanvar ayının 2-dən 3-ə keçən gecə saat 01.20 dəqiqədə ABŞ tərəfindən dövlət terroruna məruz qalaraq şəhadətə yetişiblər. ABŞ-ın sabiq prezidenti Donald Trampın əmri ilə müqavimət sərkərdələrinin olduğu maşın İraq aeroportundan hərəkət edərkən yolda raketlə vurulub.

#Şəhid_Süleymani
#Şəhid_Əbu_Mehdi
#Müqavimət
119 viewsedited  16:59
Открыть/Комментировать
2023-01-03 19:59:21
Tehran müsəllasında Şəhid Hacı Qasimin şəhadətinin 3-cü ildönümü və müqavimət cəbhəsi şəhidlərinin anım mərasimi keçirilib FOTO I VİDEO
107 views16:59
Открыть/Комментировать