Получи случайную криптовалюту за регистрацию!

Uşağın utanmağının səbəbləri nədir? 1 - İctimai rabitələrin a | 🦋 SƏNİN HƏYATIN 🦋

Uşağın utanmağının səbəbləri nədir?

1 - İctimai rabitələrin azlığı (uşağı ictimai mühitə daha çox aparmaq lazımdır)

2 - Məğlub olmaqdan qorxu : birdən hansısa bir işi etsəm, bacarmaram. Uşağa başa salmaq lazımdır ki, bəzən həyatda məğlubiyyətlər də olur və məğlub olmaqdan qorxmaq lazım deyil. Əksinə yıxılandan sonra, qalxıb yenidən hərəkət etmək lazımdır (qarışqa kimi)

3 - İrsi (genetik) səbəb

4 - Valideyn tərəfindən həddindən artıq diqqət və qoruma : bütün məsələlərdə valideynin nəzarəti...uşağı müstəqilliyə öyrətmək lazımdır. Biz bu həyatda əbədi qalmayacağıq. Odur ki, uşağı özümüzdən ruhi asılı vəziyyətdə saxlamayaq. Kömək əvəzinə ona ziyan vurmuş olacağıq.

5 - Valideynə oxşamaq istəyi (valideynlərdən hansındasa çox utanmaqlıq varsa)

6 - Valideyn və yaxınların uşağı həddindən artıq danlamaları : uşağın bir işi natamam gördüyü zaman onu danlamaq əvəzinə ona köməklik göstərilməli və yardım edilməlidir. Əgər uşaq uğursuzluqları zamanı çox danlansa, gələcəkdə ruhi sarsıntı yaşayan bir şəxsə çevriləcək. Cəmiyyətdə v ailədə yerini tapa bilməyəcək...

7 - Uşağın çox emosional olması : belə uşaqlarla çox zərif davranmaq lazımdır. Qəlbləri tez sınır və psixoloji sarsıntıya tez düşürlər.