Получи случайную криптовалюту за регистрацию!

بسم الله الرحمن الرحيم Ailəli kişilərə nəsihət Evindən çıx | 🦋 SƏNİN HƏYATIN 🦋

بسم الله الرحمن الرحيم

Ailəli kişilərə nəsihət


Evindən çıxarkən xanımına Allaha əmanət etdim deyərək çıx.Onun könlünü xoş tut!
Pəncərələrdə yolunu gozlətmə.Vaxtında evinə gəl!
Çöldə yediyindən,içdiyindən evinə də gətir!
Xanımının qüsurlarını başqalarına anlatma, gözəlliklərindən danış!
Evini pulsuz buraxma,onları kimsəyə möhtac etmə!
İş həyatının çətinliklərini evə əks etdirmə! Evdə sevinc olsun.
Toya yada gəzməyə getdiyində mümkünsə xanımını da götür!
Evinə gəldiyində salamla və gülər üzlə gir ki, ev əhli sənin gəldiyinə sevinsin.
Evini Quran'sız, kitabsız və namazsız buraxma! Sabah namazına qalxdığında ev əhlini də qaldır ki, rəhmət və bərəkət gün boyu sizinlə olsun.
Insaflı ol.Xanımının gücünün çatmayacağı işləri ondan gözləmə. Lazım olsa ona kömək et.
Qərarlarını xanımınla müzakirə et!
Gözlənilməz anlarda sürpriz hədiyyələrlə könlünü al!
Bunu bil ki, az olan halal qazanc, çox olan haram qazancdan xeyirlidir. Haram loxma yemə, xanımına və uşaqlarına da yedirtmə!!